?

Fakültəmizin yeni uğuru

Xarici dillər fakültəsi Alman dili kafedrasının müdiri f.f.d Atakişiyev Elvin Mübariz oğlu əməkdə və ictimai işlərdə əldə etdiyi xüsusi nailiyyətlərə görə Azərbaycan Azad Həmkarlar İttifaqı Komitəsinin “Fəxri fərman”ı  ilə təltif edilmişdir. “Fəxri fərmanı”  Elvin müəllimə Komitənin cədri Səttar Mehbalıyev şəxsən təqdim etmişdir. Fakültəmizin bütün kollektivi Elvin müəllimi bu uğuru münasibətilə təbrik edirlər

Davamı

?

20 yanvar

1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.  Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tartixinə qanlı 20 yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılmışdır.

Davamı

20180104_140532

fakültəmiz payız qış imtahan sessiyasında

Xarici dillər fakültəsinin tələbələri 2017/2018 tədris ilinin payız (qış) imtahan sessiyasında imtahanları yazılı, şifahi və test formasında verirlər. 4 yanvar 2018-ci il tarixində tələbələrimiz fonetika fənnindən şifahi imtahan verdilər. İmtahanlara İnavasiyalar üzrə prorektor millət vəkili Pərvin Kərimzadə nəzarət edirdi, Fakültənin qrupları arasında ən yüksək göstəriciyə Xarici dil müəllimliyi (İngilis- rus bölməsi) II kurs tələbələri nail oldular. […]

Davamı

?

Bizim məzunlar

Süleymanova Ruzanə Nemət qızı 2010-cu ildə Xarici dillər fakültəsinin bokalavriat şöbəsini , 2014-cü ildə magistratura şöbəsini bitirib. 2014-cü ildən indiyədək Azərbaycan Dövlət Aqrar Universitetinin Dillər kafedrasında İngilis dili müəllimi vəzifəsində çalişır.

Davamı

2017-ci ilin uğurları

2017-ci ilin oktyabrında Fransada nəşr olunmuş Aşıq və traubaturlar, musiqi poyeziya sənətinin perspektivləri kitabında Gəncə Dövlət Universitetinin müəllimi, Fransız dili kafedrasının müdiri Məhərrəm Alı oğlu Orucovun “Azərbaycanda aşıq sənəti Saz musiqi alətidir” adlı məqaləsi çap olunmuşdur.

Davamı

Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr olunmuş Xarici Dillər Fakültəsi Tələbə Elmi Cəmiyyətinin III elmi konfransı

Hər il olduğu kimi bu ildə , 23.12.2017-ci il tarixdə Gəncə Dövlət Universitetinin  Xarici dillər fakültəsində  Tələbə Elmi Cəmiyyətinin Tələbə Elmi konfransı keçirildi.  Konfransda bütün ixtisas fənlərindən  tələbələr iştirak edirdi. Müxtəlif aktual elmi mövzularda 16 tələbə çıxış etdi. Bütün çıxışlar slaydlarla müşayyət olunurdu. Tələbələrin çıxışlarını qiymətləndirmək üçün  aşağıdakı  tərkibdə münsiflər  heyəti seçilmışdır. Fakültə dekanı  dosen […]

Davamı

açıq dərs

15.12.2017-ci il tarixdə Leksika və ölkəşünaslıq kafedrasının müəllimi İsayeva Kəmalənin Xarici dildə oxu və nitq fənnindən III kurslarda (İngilis dili müəllimliyi) açıq dərsi keçirildi. Mövzu:- “Valideynlər bu gün uşaqlarına daha çox düzəlişlər edirlər”

Davamı