ALMANİYADA TƏHSİL ALAN TƏLƏBƏMİZİN TƏQDİMATI

25.10.2016-cı il tarixində Gəncə Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Alman dili müəllimliyi ixtisasının 1,2,3-cü kurs tələbələri üçün Alman dili kafedrasının müdiri Elvin Atakişiyevin  təşəbbüsü ilə, DAAD (Alman Akademik  Mübadilə Xidməti) “Yay Dil Kursları” təqaüdü , həmin təqaüdə müraciət proseduru və imtahan haqqında həmin ixtisasın 4-cü kurs tələbəsi Müzəffərli Ehtiram tərəfindən təqdimatı  keçirilmişdir.
Bundan əlavə  o tələbələrlə yay dil kursunda iştirakı zamanı əldə etdiyi təcrübəsini və təəssüratlarını bölüşmüşdür. Tələbələrin böyük əksəriyyəti təqaüd proqramından yararlanmaq üçün sənədlərini hazırlamağa başlamışdırlar. Təqdimatda Fakültə dekanı Əjdər Əsgərov və Alman dili kafedrasının müəllimləri də iştirak etmişdir.
Məlumat üçün bildirək ki, Müzəffərli Ehtiram 2016-cı ilin avqust ayının 1-dən 31-ə qədər Almaniyanın Hamburq şəhərində DAAD-in təşkil etdiyi yay dil kursunda müvəffəqiyyətlə iştirak etmişdir.

?

?

?

?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir