43 nömrəli orta məktəbdə 2-ci açiq dərs

Azərbaycan  Respubliksı  Gəncə  şəhəri    Nigar  Rəfibəyli  adına    43  nömrəli   orta  məktəbin   8/3  sinfində   19.12.2016   tarixində   Gəncə  Dövlət  Universitetinin  Xarici  Dillər  Fakültəsinin  İngilis  dili  müəllimliyi  ixtisası  4cü  kurs  tələbəsi  Əsgərova  Nuray  Zahid  qızının  “  Təbiətdə  tarazlığı  qoruyaq “  mövzusunda  açıq  dərs  keçirilmişdir. Dərsdə  müasir    dərs  metodundan     istifadə  edilmişdir ,    şagirdlərə  təbiət  və  canlılar  haqqında   , xüsusilə  də  onların  mühafizəsi  barədə    fikir  mübadiləsi  imkanı  verilmişdir. Şagirdlər   dərs  zamanı  süpriz  oyunla  da  mükafatlandırılmışdır.Həmçinin  şagirdlərə  İngilis  dilində  olan  atalar  sözlərinin  Azərbaycan  diindəki  qarşılığı  ilə  müqayisə  imkanı  da  yaradılmış  və  şərh  edilmişdir.

Dərsin  təhlili  zamanı  çatışmayan  cəhətlər   nəzərə  çatdırıldı  və  dərs  qənaətbəxş  qəbul  olundu .

 

 

Açıq   dərsdə   iştirak   etdilər  :  Praktika  və  İşlə  təmin  emə  şöbəsinin  müdiri   M.Məmmədov,

Praktika  və  İşlə  təmin  etmə  şöbə  müdiri  müavini   C.Qarayev ,  sinfin  ingilis  dili  müəlliməsi      Z.İsgəndərova ,  məktəbin  ingilis  dili  müəlliməsi  R. Hüseynova  ,  və   pedaqoji  təcrübədə  olan  4cü  kurs  tələbələri .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir