Qış imtahan sessiyası başladı

 Gəncə Dövlət Universitetinin   Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi (İngilis dili) ixtisasının I kurs tələbəsi, 642 balla qəbul olunan Universitet birincimiz Həsənova Züleyxa Arzu qızının 29.12.2016 -cı il tarixdə keçirilən imtahanın gedişi haqqında dedikləri:  -Bu gün mən Universitetimizin II korpusunda yazılı imtahan verdim. İmtahan çox ciddi, həmçinin çox şəffaf keçdi. Sualların hamısına düzgün cavab verdim. Suallar mövzuya uyğun verilmişdi. Nəzarətçilər öz işini məsuliyyətlə yerinə yetirirdilər.

img_20161229_170806

Xarici dillər fakültəsinin Xarici dil müəllimliyi (İngilis dili-Rus böl) ixtisasına 612 balla daxil olan I kurs tələbəsi  Ələsgərova Aidə Faiq qızının 29.12.2016 tarixdə keçirilən  yazılı imtahanla bağlı fikirləri:

img_20161230_105030

-Mən  Ələsgərova Aidə Faiq qızı 29.12.2016 tarixdə Xarici dilin qrammatikası fənnindən keçirilən yazılı imtahandan çox razı qaldım. İmtahana nəzarət çox ciddi idi. Suallar mövzuya uyğun verilmişdi. Sualların hər birinə düzgün cavab verdim. Fikrimcə yazılı imtahan biz təlləbələr üçün daha faydalıdır. Savadımızı və biliyimizi daha rahat ifadə edə bilirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir