“Xocalını unutmayaq”

22 fevral 2017-ci il tarixində fakültəmizin professor  müəllim, tədris- köməkçi heyyəti və tələbələri xalqımızın qan yaddaşı olan Xocalı Soyqırımında  həlak  olan şəhidlərimizi anmaq üçün tədbirə toplaşdılar. Tələbələrin, başda tyutor Aysel Nuriyeva olmaqla, hazırladıqları bədii kompozisyalı tədbiri giriş sözü ilə fakültə dekanı  dosent Əjdər Əsgərov açdı. Tədbirdə iştirak edən humanitar  məsələlər üzrə prorektor Gülsüm  Fətəliyeva tədbir iştirakçıları qarşısında çıxış etdi. Tələbələrin iştirakı ilə Xocalıya aid çıxışlar, səhnələr, şeirlər və mahnılar sesləndi. “Xocalını unutmayaq” çağırışıyla tədbir sona çatdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir