kafedra müdirlərinin 5 illik hesabatı

Рисун1

    Gəncə Dövlət Universitetinin Qrammatika və ingilis

dilinin tədrisi kafedrasının tədris,

elmi-tədqiqat, tədris metodiki və

tərbiyə sahəsində 5 illik fəaliyyətinin

 

HESABATI

 

Qrammatika və ingilis dilinin tədrisi kafedrası GDU-nun Xarici Dillər fakültəsinin tərkibində fəaliyyət göstərən 5 ixtisas kafedrasından biridir. Bu kafedra Tarix-filologiya fakültəsinin tərkibində 1998-ci ildə şöbə кimi fəaliyyətə başlamışdır. Qrammatika və İngilis dilinin tədrisi kafedrası “Qrammatika” kafedrasının bazası əsasında 2006-cı ildə təsis edilmişdir. Kafedranın fəaliyyəti zamanı Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 24 dekabr 2013-cü il 348 saylı  və 17.06.2017-ci il tarixli 257 saylı Qərarları ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” haqqında əsasnamə”lərin tələbləri, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirinin və Gəncə Dövlət Universitetinin müvafiq əmr və sərəncamları bizim tərəfimizdən əsas götürülmüşdür.   

Kafedranın əməkdaşları son beş illik hesabat dövründə  öz fəaliyyətlərini təsdiq olunmuş plan əsasında qurmuş, tədris, tədris-metodiki, elmi-tədqiqat, təşkilati-metodiki işləri yerinə yetirmiş, tələbələrlə ideya siyasi və tərbiyə sahəsində işlər aparmışlar. Görülmüş işlər barədə kafedra universitetin müvafiq strukturlarına hesabat vermişdir.

Рисунок1

                                                                   Gəncə Dövlət Universitetinin                      

                                                                  Praktik Xarici dillər kafedrasının  

                                                                 tədris, elmi-tədqiqat, tədris metodiki                        

                                                                 və tərbiyə sahəsində 5 illik fəaliyyətinin

HESABATI

 

       Bu gün özünü dünyaya müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edən Azərbaycan həm də sosial dövlətdir. Sosial dövlətin bir funksiyası da vətəndaşların sosial hüquqlarının müdafiəsi ilə yanaşı, digər humanitar sahələrin inkişafına nail olmaq, cəmiyyətin harmonik inkişafını təmin etməkdir. Ölkənin davamlı inkişafının təmin olunmasında möhtərəm Prezident cənab İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi siyasət, o cümlədən bu siyasətin çoxşaxəli istiqamətlərindən olan humanitar sahə həyatımızın inkişafında mühüm rol oynayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + ten =