Dekan

Ajder mel

Əsgərov Əjdər Ələsgər oğlu

     Xarici dillər fakültəsinin dekanı, filologiya elmləri namizədi, dosent Əsgərov Əjdər Əsgər oğlu. 1952-ci ilin dekabrın 1-də Goranboy rayonunun Goranlı kəndində anadan olub. 1977-1982-ci illərdə M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda oxuyub, rus dili və ədəbiyyatı müəllimi və tərbiyəçi ixtisasını almışdır. 1982-86-cı illərdə orta məktəbdə rus dili müəllimi işləmişdir. 1986-cı ildən Gəncə Dövlət Universitetinin Rus dili kafedrasında müəllim işləyir. 2004-cü ildə elmlər namizədi dissertasiyasını müdafiə etmiş və filologiya elmləri namizədi, 2006-cı ildə isə dosent adını almışdır.
2007-ci ildən Xarici dillər fakültəsində tədris işləri üzrə dekan müavini işləmiş və 2011 ci ildən Xarici dillər fakültəsində dekan vəzifəsində işləyir. 2004-cü ildə «Русский йазык » dərsliyin həmmüəllifi, 2005-ci ildə «Русский йазык для историков» dərs vəsaitinin müəllifi, 2007-ci ildə «Avropa və Amerika ölkələrinin yeni tarixi» dərsliyinin tərcüməçisidir.