Alman dili

ALMAN DİLİ KAFEDRASIHAQQINDA ÜMUMİ

M Ə L U M A T

Alman dili kafedrası alman dilini tədris edən çoxfənli kafedradır. Kafedra gənc kafedralardan biridir və ilk dəfə olaraq 2005-ci ildə fəaliyyətə başlayıb. Alman dili bir fənn kimi universitetimizin ilk fəaliyyət illərindən tədris edilmişdir. Lakin alman dilinin ayrica ixtisas fənni kimi tədris edilməsi və alman dili kafedrasının yaranması Bakıdakı Almaniya Federativ Respublikasının səfirliyi, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Universitetimizin rəhbərliyinin qarşılıqlı razılığı əldə edildikdən sonra baş tutmuşdur. Alman dili ixtisası respublikada BDU-dan sonra ikinci, qərb regionunda isə yeganə alman dili ixtisasıdır ki, alman dili müəllimləri hazırlayır.

?

 

Kafedra müdiri: Atakişiyev Elvin Mubariz oğlu

Kafedranın tərkibi aşağıdakılardan ibarətdir:

 

  1. Atakişiyev Elvin Mübariz oğlu
  2. Kərimova Vüsalə Ədalət qızı
  3. Müslümova Ofelya Surxay qızı
  4. Quliyeva Nazilə Müseyib qızı
  5.  İbrahimova Nigar Fərman qızı
  6. Qasımova Gözəl Telman qızı
  7. Səmədova Sehran İsmayıl qızı
  8. Camalzadə Xanım Mərkəz qızı

İşçi tədris-köməkçi heyəti:

  1.  İmanova Aynurə Ramiz
  2.  Əhmədova Gülnara Arif
  3. Mirəliyeva Şəfa Vaqif

Mütəmadi olaraq  Alman dili ixtisasi Almaniyanın Birləşmə Gününü böyük təntənə ilə qeyd edirlər. Bu bayramın əsas məqsədi  tək Almaniyanın daha yaxından tanınması  deyil  həmdə  xeyriyəçilik xarakteri daşıyır. Tədbirdə ixtisasın bütün kursları müxtəlif proqramlarla çıxış edirlər. Tələbələr  bu günə xüsusi  bir proqramla hazırlaşmışdılar. Alman dili ixtisasının hər qrupu tərəfindən müxtəlif şirniyyatlar hazırlanıb satışa çıxarılmışdır. Bu tədbirdən yığılan məbləğilə   körpələr evinə yardım təşkil  olunmuşdur. Mütəmadi keçirilən bu tədbir həm tələbələrin, həm də müəllimlərin sevincinə çevrilir.

Bundan əlavə tədbirdə Almaniyanın tarixi, təhsili, mədəniyyəti haqqında qısa məlumat verilib, slaydlar şəklində təqdim olundu. Dünyada DAAD təşkilatının nüfuzundan, bizim AAMX səfirliyi və  Goethe İnstitu ilə sıx əlaqələrimizdən söhbət açıldı.

DAAD təşkilatının vasitəsi ilə Almaniyada artıq 3 ildir ki, tələbələr yay kurslarında iştirak edirlər. Bununla əlaqədar olaraq fəal tələbələrə və müəllimlərə sertifikatlar və fəxri fərmanlar təqdim olundu.

10.10.2013-cü il tarixində DAAD təşkilatının sədri Nikola Ulitç tərəfindən Universitetimizdə AAMX-nin təqdimatı keçirildi. Təşkilatın bütün dünyada tələbələrə ayırdığı təqaüdlərdən məlumat verildi. Nikola Ulitç həmçinin, Göte İnstitutunun müəllimlərin  yay kurslarında iştirak etmək üçün məktub gətirdi. Nəticədə magistr imtahanlarında 2.11.2013-cü ildə 4 nəfər iştirak etdi və I turda A2-B1 səviyyələrini qazandı.

10 nəfər tələbədən 3 nəfər  yay kurslarında iştirak etmək üçün sənədlərini hazırlayır.

5 – 6 noyabr 2013-cü ildə Herr Stholc Stefan  Göte İnstitutunun orta məktəblər üçün ayrılan təqaüd proqramlarını maliyyələşdirən  təşkilatın direktoru orta məktəb şagirdlərinin Almaniyada təhsil təqaüd proqramı ilə çıxış etdi. Baş binada prorektor Pərvin Kərimzadə ilə görüş oldu. H. Stefan 5 noyabr  tarixdə Ali məktəbdə tələbələrlə və orta məktəbdə isə şagirdlərlə görüş keçirdi. Alman abidələrinə, muzeylərə, gəzməli – görməli yerlərə baş çəkdik, biz qonağı tariximizlə tanış etdik. Görüşümüzün məqsədi alman dilinin səviyyəsini qaldırmaq və bu dilə tələbələrdə maraq oyatmaqdır. 6.11.2013-cü ildə alman dilinin tədrisi didaktikası mövzusunda 1000 – 1400 –dək seminar keçirildi. Tələbələr çox fəal  iştirak etdilər və yekunda ixtisasa dair müxtəlif təkliflər irəli sürüldü. NəticədəGöte İnstitutu ilə sıx əməkdaşlıq etməyə qərar verdik. Şagirdlər sabahın tələbələridir.

2013-2014-cü tədris ilində kafedrada  6 nəfər baş müəllim, 3 nəfər  müəllim, 2 nəfər tədris köməkçi heyəti fəaliyyət göstərmişdir.

Alman dili ixtisası üzrə  62 nəfər tələbə təhsil alır.

2013/2014 – cü tədris ilində  tədris edilən fənlər:

  1. İxtisas dili
  2. İxtisas dilinin tədrisi metodikası
  3. İxtisas dilinin leksikologiyası
  4. İxtisas dilinin ölkə ədəbiyyatı
  5. İxtisas dilinin üslubiyyatı
  6. Seçmə fənn: Funksional yazı üslubu
  7. Seçmə fənn:Ümumi linqvistika
  8. Seçmə fənn: Dilçilik tarixi
  9. Seçmə fənn: Ümumi dilçilik
  10. Seçmə fənn: Fonologiya
  11. Seçmə fənn: Nəzəri qrammatika
  12. Seçmə fənn: Dilçiliyə giriş
  13. Seçmə fənn: Praktik tərcümə

 

Kafedranın 3 nəfər  dissertantı var və bunlardan 1 nəfər – Müslümova Ofelya Surxay qızı müdafiə etmişdir.  Kərimova Vusalə , Atakişiyev Elvin müdafiə ərəfəsindədirlər.

 

 

AD GÜNÜNÜZ MÜBAREK  ELVİN ATAKİŞİYEV

?

?

?

FAKÜLTƏ MÜƏLLİMLƏRİNİN TƏBRİKİ

 

?

?

?

?

?

 FAKÜLTƏNİN DEKANI ƏJDƏR MÜƏLLİM  ÖZ ÜRƏK SOZLƏRİNİ SOYLƏDİ

 

?