Praktik Xarici dillər

dos. Əliyeva Zahirə Məşədi Ələkbər

dos. Əliyeva Zahirə Məşədi Ələkbər

Kafedra müdiri : dos. Əliyeva Zahirə Məşədi Ələkbər qızı haqqında

     Əliyeva Zahirə Məşədi Ələkbər qızı 1957 ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1964-1974 cü illərdə Gəncə şəhər M.Füzuli adına 22 saylı orta məktəbi bitirmişdir. 1975 – ci ildə indiki Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinə daxil olmuş, 1980 -ci ildə həmin Universiteti bitirmişdir. 1980 ci ilin dekabr ayından 1984 cü ilin sentyabr ayınadək H.Zərdabi adına G.D.P.İ –nun Xarici dillər kafedrasında laborant kimi əmək fəalliyətinə başlamışam. 1984 cü ilin sentyabr ayından 1998 – ci ilin sentyabr ayınadək Gəncə şəhər 5 saylı orta məktəbində İngilis dili müəllimi işləmişəm. 1998 – ci ilin sentyabr ayindan hal-hazıra kimi Gəncə Dövlət Universitetinin Praktik Xarici  dillər kafedrasında işləyirəm.

04.05.2005 ci il tarixində Azərbaycan Dillər Universitetinin Ümumi Dilçilik kafedrasına dissertant qəbul olmuşam. 2008 ci ilin 30 iyun tarixində (Naxcıvan Muxtar Respublikasında) Naxcıvan Dövlət Universitetində “İngilis və Azərbaycan dillərində Telekommnikasiya terminlərinin struktur-semantik xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək 12 yanvar 2010 cu il tarixli (protokol ¹ 02 qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam)

2011- ci ildən 2013 ilə qədər Gəncə Dövlət Universitetinin Praktik Xarici dillər kafedrasında dosent əvəzi, 2013 – cü ildən dosent vəzifəsində çalışıram.

PRAKTİK XARİCİ DİLLƏR KAFEDRASI HAQQINDA MƏLUMAT.

  1. Əliyeva Zahirə Məşədi Ələkbər qızı
  2. İlyasova Dilarə Mikayil qızı
  3. Seyidova Səyyarə Mirəbülfəz qızı
  4. Quliyeva Tahirə Qoca qızı
  5. Nəcəfova Sentaura Məhəbbət qızı
  6. Həmzəyeva Taliyə Saleh qızı
  7. Ağamirov Cahan Mirbaba oğlu
  8. Nəsibova Fəxriyyə Bəndər qızı
  9. Nəbiyeva Samirə Çingiz qızı
  10. Rüstəmova İlhamə Saleh qızı
  11. Cəfərova Səbinə Əbülfət qızı
  12. Purbayram Jalə Behman qızı
  13. Orucova Mehriban Cabit qızı
  14. Qurbanova Samirə Arif qızı
  15. Kərimli Aytən Tahir qızı
  16. İbrahimova Vüsalə İlqar qızı
  17. Bəşirova Aynur Hilal qızı               
  18. Babayeva Arzu Tahir qızı
  19. Əliyeva Nəsibə İslam qızı
  20. Nəsibova Gülnarə Şaməddin qızı
  21. Əfəndiyeva Aytən Üzeyir qızı

Kafedrada 6 nəfər texniki işçi  var, onlardan 1 nəfər baş laborant, 4 nəfər  laborant və 1 nəfər operator vəzifəsində çalışırlar. Kafedranın müəllimləri ingilis və fars dillərini universitetdə fəaliyyət göstərən bütün fakültələrdə tədris edirlər. Kafedranın kollektivinin  əksəriyyəti gənc kadrlardır, yenilik yaratmağa, tələbələrə dili öyrətməyə həvəslidirlər.Gənc müəllimlərin bir neçəsi  elmi fəaliyyətlə məşğuldurlar. Bu çox sevindirici haldır.Kafedra tərəfindən müəyyən edilmiş dərs vəsaiti olan  “Cutting Edce” adlı ingilis dili  kitabı bütün fakültələrdə 1kursda  tədris olunur.  “Fars dili” dərsliyi Ağamirov Cahan tərəfindən hazırlanmış və ədəbiyyat fakültəsində istifadəyə verilmişdir. Müəllimlər tərəfindən proqramlar  hazırlanmış, çox sayda elmi metodiki məqalələr çap edilmişdir. Kafedranın 4 dissertantı var.