Qəhrəmanova Zülfiyyə Sabir

Qəhrəmanova Zülfiyyə Sabir

Qəhrəmanova Zülfiyyə Sabir -qızı baş müəllim

Gəncə Dövlət Universitetinin “Qrammatika və ingilis dilinin tədrisi “ kafedrasının baş müəllimi

Qısa Bioqrafik məlumat:

* 1967-ci il 4 iyunda Gəncə şəhərində anadan olmuşdur

*1973-1983-cü illərdə Gəncə şəhər 22 saylı orta məktəbdə təhsil almış və həmin məktəbi bitirmişdir.

*Ailəlidir, iki övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adı:

*1983-cü ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “ingilis-alman dilləri” istiqaməti üzrə müəllim ixtisası   almışdır.

*2005-ci ildən Azərbaycan Dillər Universitetinin dissertantıdır.Somerset Moyemin   nəsrində qadın qəhrəmanlarının mənəvi problemləri” mövzusunda namizədlik dissertasiyası üzərində işləyir

Əmək fəaliyyəti:

*1988-cü ildə Xanlar rayony 1 saylı orta məktəbdə müəllim

*1994-cü ildən Gəncə şəhər 28 saylı orta məktəbdə müəllim vəzifəsində çalışmışdır

*2002-ci ildən Gəncə Dövlət Universitetində “Qrammatika və ingilis dilinin tədrisı“ kafedrasının baş müəllimi vəzifəsində işləyir

*2007-2013-cü ilədək “Qrammatika və ingilis dilinin tədrisi “ kafedrasının müdiri vəzifəsini icra etmişdir.

Tədqiqat sahəsi:

*Somerset Moyemin   nəsrində qadın qəhrəmanlarının mənəvi problemləri”

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı:

*Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə , 4-7 may 2011-ci il tarixlərində II Beynəlxalq elmi konfransda ” U.S.Moyem və İ.Əfəndiyevin romanında qadın obrazlarının mənəvi-əxlaqi dünyası” mövzusunda məqalə ilə iştirak edib.

Seçilmiş əsərləri:

*1.Mətn daxilində frazeoloji birləşmələrin tərcüməsi- GDU, Elmi əsərlər məcmuəsi-VI Bakı, 2003

*2.Amerikanlar ingilis dilindəmi danışır- GDU, Elmi əsərlər məcmuəsi-VIII Bakı,2004

*3.U.S. Moyemin “Ay və qara şahı” romanında ailə münasibətləri- ADU, Elmi xəbərlər, Bakı, 2004/5

*4. U.S.Moyemin “Çəkilmiş pərdə” romanında ailə münasibətlərinin təsviri- ADU, Elmi xəbərlər,Bakı № 3, 2005

*5. Uilyam Somerset Moyem və Azərbaycan- GDU, Elmi xəbərlər, “Nurlan” № 1, 2007

*6. İngilis dilinin tədrisi metodikası, Fənn proqramı, Bakı, “Təhsil” nəşriyyatı , 2008

*7. Dilçiliyə giriş ,Fənn proqramı, Bakı, “Təhsil” nəşriyyatı , 2008

*8. Müasir ingilis dilində mürəkkəb sifətlər ,GDU, Elmi Xəbərlər, Gəncə, № 1, 2009

*9. İngilis dilinin tədrisinin  praktik problemləri, GDU, Elmi Xəbərlər, Gəncə, № 2, 2010

*10. U.S.Moyem və İ.Əfəndiyevin romanında qadın obrazlarının mənəvi-əxlaqi dünyası, II Beynəlxalq elmi konfransın materialları, II hissə,4-7 may 2011-ci il

*11. Qadının ailədə və sosial mühitdə yeri (ingilis və azərbaycan nəsrinin materialları əsasında),“Müasir mədəniyyətsünaslıq” Bakı, № 4, 2012

*12. Müasir ingilis dilində intonasiya və tonları necə tədris etməli?, GDU, Elmi Xəbərlər, Gəncə, № 2, 2015

*13.Xarici dilin tədrisində innovasiyalar , Fənn proqramı,  Gəncə , 2015

*14. Müasir ingilis dilində söz yaradıcılığı, Fənn proqramı,  Gəncə , 2015

Kitablar:

*“Xarici dilin tədrisində innovasiyalar” adlı dərslik üzərində işləyir.