Əhmədova Kəmalə Qələndər qızı

Əhmədova Kəmalə Qələndər qızı, dosent, filologiya elmlər namizədi,kafedra müdiri

 

ƏHMƏDOVA KƏMALƏ QƏLƏNDƏR QIZI

  1. Həyatı – Əhmədova Kəmalə Qələndər qızı 1961 – ci il sentyabr ayının 9-da Qazax şəhərində anadan olmuşam.
  2. Təhsili: 1968 – ci ildə Qazax şəhəri 2 saylı orta məktəbin 1-ci sinfinə getmişəm. 1978 – ci ildə həmin məktəbin 10 – cu sinfini bitirmişəm.

1978 – ci ildə M. F. Axundov adına rus dili və ədəbiyyatı institutuna daxil olmuşam. 1983 – cü ildə həmin institutu bitirmişəm.

  1. İş təcrübəsi – 1983 – cü ildən 1986 – cı ilə kimi Gəncə şəhəri C. Cabbarlı adına 6 saylı orta məktəbdə rus dili və ədəbiyyatı müəllimi işləmişəm.

1986 – cı ildən 1991 – ci ilədək H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunda Azad komsomol  komitəsinin katibi vəzifəsində işləmişəm.

1989 – cu ildən hal – hazıra kimi universitetin rus dili kafedrasının müəllimi, baş müəllimi, dosentiyəm.

2001 – ci ildən 2010 – cu ilədək Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləmişəm.

1990 – cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutunun terminologiya şöbəsinin dissertantı olmuşam.

1995 – ci ildə “Azərbaycan dilində rus və avropa mənşəli sonşəkilçili terminlərin alınması”  mövzusunda dissertasiya işini müdafiə etmişəm.

1989 – cu  ildən H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji institutunun rus dili kafedrasına müəllim seçilmişəm. 1995 -ildə həmin kafedranın baş müəllimi,  2001-ildən isə kafedranın dosentiyəm.

2011 – ci ildən Gəncə Dövlət Universitetinin rus dili kafedrasının müdiriyəm.

1991-2012-ci illər ərzində 34 elmi məqalənin, 2 tədris vəsaitinin, 3 metodik vəsaitin, 1 metodik göstərişin müəllifiyəm.

Ailəliyəm, 2 övladım var.