Əliyeva Sevda Cəlal qızı

 

 

Əliyeva Sevda Cəlal qızı, filologiya elmlər namizədi,dosent

Əliyeva Sevda Cəlal qızı – dosent, filologiya elmlər namizədi

1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub, 1983-cü ildə M.F.Axundov  adına Rus dili və ədəbiyyatı institutunu bitirib.1990-cı ildə Azərbaycan Elmlər akademiyasında “Rus dilindən azərbaycan dilinə keçən terminlərin leksik-semantik təhlili” mövzusundadissertasiyanı müdafiə edərək elmlər namizədi adını almışdır. Bir çox məqalə,metodik vəsait və dərs dərs proqramlarının müəllifidir. 1983-cü ildən pedaqoji fəaliyyətdədir. Xarici dillər fakultəsinin rus dili bölməsində ixtisas fənlərini tədris edir. O həmçinin ictimai-siyasi tədbirlərin təşkilatçısıdır:

1.Nizami Gəncəvinin 870 illiyinə həsr olunmuş musiqili bədii poeziya gecəsi;

  1. Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Müəllif yaradıcılıq gecəsi”;
  2. M.Ş.Vazehin 220 illik yubileyinə həsr olunmuş gecəyə şairin qəzəllərinin tərcüməsi və tələbələrlə hazırlıq.

Sevda Əliyeva bir sıra şeirlərin müəllifi olmaqla yanaşı həm də rus dilindən Azərbaycan dilinə və azərbaycan dilindən rus dilinə tərcümə olunmuş şeirlərin müəllifidir. Vaxtaşırı qazet və jurnallarda seir və məqalələrlə çıxış edir.