Həsənova Kəmalə Eldar qızı

Həsənova Kəmalə Eldar qızı, baş müəllim

Həsənova Kəmalə Eldar qızı – baş müəllim

Həsənova Kəmalə Eldar qızı 1970-ci ildə yanvarın 2-də Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1977-ci ildə 34 saylı orta məktəbə daxil olub və 1987 ci ildə həmin məktəbi bitirib. 1987-ci ildə M.F.Axundov adına rus dili və ədəbiyyatı pedaqoji institutuna daxil olub. 1992-ci ildə həmin institutu qırmızı diplomla bitirib.1992-ci ildən Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji  institunda rus dili kafedrasında işləyir. Konfranslarda iştirak edib, elmi məqalələr yazıb. Hal hazirda baş müəllimdir, xarici dillər fakültəsində ixtisas dilini və praktik rus dilini tədris edir. Ailəlidir, 2 övladı var.