Nəbiyeva Kəmalə Hacı qızı

Nəbiyeva Kəmalə Hacı qızı, baş müəllim

1976-cı ildə oktyabrın 9-da Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1993-cü ildə 4 saylı orta məktəbi bitirib, Bakı Dövlət universitetinin filologiya fakultəsinə daxil olub.  1997-ci ildə universiteti bitirib magistratura pilləsinə qəbul olunub. 1999-cu ildən Gəncə Dövlət universitetinin rus dili kafedrasında  müəllim çalışır. 2013-cü ildən Elm mərkəzinin dissertantıdır. Elmi işinin adı “Nigar Rəfibəyli. Mirvari Dilbazinin frazeologiyası”. Hal hazırda baş müəllimdir. Xarici dillər fakultəsində praktik rus dilini tədris edir.

Ailəlidir,2 övladı var.