Fakültə haqqında

Xarici dillər fakültəsi haqqında məlumat

         Gəncə Dövlət Universitetinin 8 fakültəsindən biri olan Xarici dillər fakültəsi 1998-ci ildə Tarix-filologiya fakültəsinin tərkibində Xarici dillər şöbəsi 44 tələbə ilə fəaliyyətə başlamışdır.Bunlardan 22nəfəri İngilis dili ixtisasında, 22 nəfəri isə Rus dili ixtisasında təhsil almışlar.1999-cu ildə şöbəyə Fransız dili ixtisası ilə fəaliyyətə əlavə olunmuşdur.Bu ixtisas 20 tələbə ilə fəaliyyətə başlamışdır.

2002-ci ildə şöbədə tələbələrin sayı 465 nəfər olduğuna görə yeni Xarici dillər fakültəsi yaradılmışdır.2005-ci ildə fakültədə Alman dili ixtisası açılmışdır.Bu ixtisas 15 tələbə ilə tədrisə başlamışdır.2011-ci ildə fakültənin ixtisaslarına Tərcümə ixtisası əlavə olundu.Birinci ili bu ixtisasa 15 tələbə daxil oldu.Beləliklə, hal-hazırda  Xarici dillər fakültəsində 5 ixtisasda mütəxəssislər hazırlanır.

Hal-hazırda fakültədə beş ixtisas üzrə 616 tələbə təhsil alır.

Fakültənin strukturunda 6 kafedra göstərir.

  1. Leksika və ölkəşünaslıq- Kafedra müdiri dos. Sevda Kazımova
  2. Fransız dili-Kafedra müdiri b/m Məhərrəm Orucov
  3. Qrammatika və ingilis dilinin tədrisi-Kafedra müdiri dos.Mehdi Rəhimov
  4. Rus dili-Kafedra müdiri dos.Kəmalə Əhmədova
  5. Alman dili-Kafedra müdiri b/mVüsalə Kərimova
  6. Praktik xarici dillər-Kafedra müdiri dos.Zahirə Əliyeva

Bu kafedralarda 16 nəfər fəlsəfə doktoru, 53 nəfər b/m, 14 nəfər müəllim cəmi 89 nəfər və 32 nəfər tədris-köməkçi heyyəti işləyir.

Hal-hazırda fakültənin müəllimlərindən 22 nəfəri doktoranturada təhsil alır.

Fakültənin dekanlığında dekan-dos.Əjdər Əsgərov, 2 müavin Tədris işləri üzrə – Məleykə Aslanova, Tərbiyə işləri üzrə – Nuriyeva Aysel , 1 metodist – Gülmira Məmmədova, 1 mühəndis proqramçı-Reyhan Şəmsizadə, 1 operator – Beybutova Səkinə, 4 tyutor-Cahan Ağamirov, Günel Hüseynova, Gülmira Məmmədova və Aysel Nuriyeva işləyir.

İctimai əsaslarla fakültədə Həmkarlar təşkilatının sədri Allahverdiyeva Roma, Tələbə Həmkarlar Təşkilatının sədri Əli Şahverdiyev, Tələbə Gənclər Təşkilatının sədri Səlimova Aytac, Tələbə Şurasının sədri Verdiyeva Gültac və TEC-nin sədri Şamilova Şahnaz fəaliyyət göstərir.

Fakültədə 19 nəfərdən ibarət Elmi Şura fəaliyyət göstərir.Təlim prosesində metodiki nəzarət və kömək məqsədilə Tədris-Metodiki Şura fəaliyyət göstərir.

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir