Əliyeva Zahirə Məşədi Ələkbər qızı

Əliyeva Zahirə Məşədi Ələkbər qızı

Əliyeva Zahirə Məşədi Ələkbər – dossent

Əliyeva Zahirə Məşədi Ələkbər qızı

Gəncə Dövlət Universitetinin “Praktik xarici dillər” kafedrasının müdiri.

 

QISA BIOQRAFİK MƏLUMAT

  • 1957-ci ildə Gəncə şəhərində anadan olmuşdur.
  • 1964-1974-cü illərdə Gəncə şəhəri Məhəmməd Füzuli adına tam orta 22 saylı məktəbi bitirmişdir.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI

  • 1975-1980-ci ildə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici dillər institutu İngilis dili ixtisası üzrə tam kursu bitirmişdir.
  • 2004-cü ildə Azərbaycan Dillər Universitetinin Ümumi Dilçilik kafedrasının dissertant olmuşdur.
  • 2010-cu ildə Filologiya üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi verilmişdir.
  • 2013-cü ildə Praktik Xarici dillər kafedrası üzrə Dosent elmi adı verilmişdir.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 1980 – 1984-cü illərdə H.Zərdabi adına KDPİ-nin Xarici Dillər kafedrasında laborant vəzifəsində işləmişdir.
  • 1984-1998-ci ildədək Gəncə şəhər M.Sabir adına 5 saylı orta məktəbdə İngilis dili müəllimi vəzifəsində çalışmışdır.
  • 1998-ci ildən hal hazıradək Gəncə Dövlət Universtitetinin Xarici dillər fakültəsinin Praktik Xarici dillər kafedrasında çalışır.
  • 2013-cü ildən hal hazıradək Praktik Xarici dillər kafedrasında müdir vəzifəsində çalışır.
  • 2011- ci ildən 2013 ilə qədər Gəncə Dövlət Universitetinin Praktik Xarici dillər kafedrasında dosent əvəzi, 2013 – cü ildən dosent vəzifəsində çalışıram.

 

TƏDQİQAT SAHƏSİ

  • “İngilis və Azərbaycan dillərində Telekommnikasiya terminlərinin struktur-semantik xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək 12 yanvar 2010 cu il tarixli (protokol ¹ 02 qərarı ilə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışam)

 

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 2011-ci ildə Rusiya Federasiyasının Elm Nazirliyi, Belgorod Dövlət Universitetində keçirilən elmi konfrasda iştirak etmişdir.
  • 2014-cü ildə Turkiyə Respublikasının NİĞDE universitində elmi məqalə ilə çıxış etmişdir.
  • 2015-ci ildə İİR-nın Təbriz şəhərində iştirak edərək sertifikat almışdır.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • “Fars dili” dərslik kitabı. Bakı 2009
  • “Turk dilində həm sifət, həm də zərf düzəldən şəkilcilər”. Bakı-2015
  • 20 elmi məqalərin müəllifidir. 2005-2015-ci illər
  • Qazağıstan və Türkiyədə Nizami Gəncəviyə həsr edilmiş məqalələri nəşr edilmişdir. Astana 2009. Niğde 2014.