Babayeva Arzu Tahir Qızı

Babayeva Arzu Tahir Qızı

Babayeva Arzu Tahir Qızı – müəllim

 Gəncə Dövlət Universitetinin “Praktik Xarici dillər” kafedrasının müəllimi

QISA BİOQRAFİK MƏLUMAT

  • 1988-ci ildə Tovuz rayonunda anadan olmuşdur.
  • 1994-cü ildə Gəncə şəhəri 2 saylı orta məktəbə daxil olmuş, 2005-ci ildə isə 28 saylı orta məktəbi bitirib.
  • Ailəlidir , iki övladı var.

 

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI

  • 2005-2009-cu illərdə Gəncə Dövlət Universitetinin “İngilis dili” ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsi almışdır.
  • 2009-2011-ci illərdə Gəncə Dövlət Universitetinin “Pedaqogikanın tarixi və nəzəriyyəsi” ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 12.2012-ci il tarixli 3/253 saylı əmr ilə Pedaqogika və tarixin əsasları kafedrasına fəlsəfə doktoru proqramı əsasında Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (ingilis dilinin tədrisi metodikası) əsasında – 5801.01 ixtisası üzrə doktorant qəbul olunmuşdur.

 

ƏMƏK FƏALİYYƏTİ

  • 2012 –ci ildən Gəncə Dövlət Universitetinin “Xarici dillər” fakültəsinin “Praktik xarici dillər” kafedrasının müəllimi.

 

TƏDQİQAT SAHƏSİ

  • “Ali məktəblərin dil fakültələrinin I-II kurslarında ingilis dilində diskursiv kompetensiyanın formalaşdırılması yolları”

 

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” Beynəlxalq elmi-praktik konfransı
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Müasir təhsilin aktual problemləri” Respublika elmi-praktik konfransı
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dillər universitetində keçirilmiş Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfrası

 

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • “Kommunikativ dil təliminin bəzi prinsipləri” . Azərbaycan Dillər Universitetində keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Xarici dillərin tədrisinin aktual problemləri” Beynəlxalq elmi-praktik konfrans, Bakı, 6-7 may 2013
  • “Dil dərslərində yeni təlim texnologiyalarının tətbiqi ilə bağlı mülahizələr”. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda keçirilmiş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “Müasir təhsilin aktual problemləri” Respublika elmi-praktik konfransı, Bakı-2013
  • “A historical overview of the development in a model of communicative competence up to 1980”. GDU “Elmi xəbələr” Fundamental, humanitar və təbiət elmləri seriyası № 4, Gəncə, 2013
  • “Kommunikativ kompetensiyanın dil fakültələri tələbələrinə aşılanmasına dair bəzi tövsiyyələr”. Azərbaycan Dillər universitetində keçirilmiş Doktorantların və gənc tədqiqatçıların XVIII Respublika elmi konfrası. Bakı, 2013
  • “Dil fakültələrinin tələbələrinə ixtisas dilində diskursiv kompetensiyanın aşılanmasına dair bəzi tövsiyyələr”. ADU “Elmi xəbərlər” № 2, Bakı, 2014.
  • “Некоторые проблемы обучения прагматической компетенции на иностранном языке”. Полтавьский Нацiональний Педфгогiчний унiверситет iменi В.Г.Короленка “ Педагогiчнi науки”, Збiрник наукових праць, випуск 60, Полтава, 2014
  • “Dil fakültələrində ingilis dilinin tədrisi prosesinin intensivləşdirilməsinə dair bəzi tövsiyyələr”. BSU “Elmi əsərlər” İctimai-siyasi elmlər seriyası  № 1, Bakı, 2014
  • “İxtisası dil olan ali məktəb tələbələrində kommunikativ kompetensiyanın formalaşmasının səmərəli yolları”. ADU “Elmi xəbərlər” № 1, Bakı – 2015
  • İngilis dili fənn proqramı. Gəncə – 2015